Реферат: AZƏrbaycanşÜnasliğIN


I Beynəlxalq konfrans




Azərbaycan Respublikasi Təhsil Nazirliyi




Bakı Slavyan Universiteti

Naxçıvan Dövlət Universiteti

Gəncə Dövlət Universiteti





AZƏRBAYCANŞÜNASLIĞIN

AKTUAL PROBLEMLƏRİ


Ümummilli Lider Heydər Əliyevin

anadan olmasının

87-ci

ildönümünə həsr olunmuş


I Beynəlxalq elmi konfrans


3 – 8 may, 2010-cu il


Bakı-Naxçıvan-Gəncə

TƏŞKİLAT KOMİTƏSİ


K.M.Abdullayev -


İ.Ə.Həbibbəyli


E.İ.Məmmədov


M.A.Əliyev


S.Ə.Qafarova


A.A.Kazımov


N.V.İbadov


E.Ə.Şükürlü


R.M.Qeybullayeva


Q.N.Barxalov


İ.Z.Qasımov


A.Ə.Rəcəbli


A.F.Namazlı

Bakı Slavyan Universitetinin rektoru,

Əməkdar elm xadimi, AMEA-nın müxbir

üzvü, filologiya elmləri doktoru,

professor

Naxçıvan Dövlət Universitetinin rektoru

Əməkdar elm xadimi, AMEA-nın həqiqi

üzvü, filologiya elmləri doktoru,

professor

Gəncə Dövlət Universitetinin rektoru

kimya elmləri doktoru, professor

Bakı Slavyan Universitetinin elmi işlər üzrə

prorektoru, fəlsəfə elmləri doktoru, professor

Bakı Slavyan Universitetinin beynəlxalq

əlaqələr üzrə proprektoru, filologiya elmləri doktoru, professor

Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, fizika-riyaziyyat elmləri namizədi

Gəncə Dövlət Universitetinin elmi işlər üzrə prorektoru,

Bakı Slavyan Universitetinin Azərbaycanşünaslıq tədris-mədəniyyət mərkəzinin müdiri, filologiya elmləri namizədi, dosent

Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor

Bakı Slavyan Universitetinin Ölkəşünaslıq elmi tədqiqat laboratoriyasının müdiri, fəlsəfə elmləri namizədi, dosent

Bakı Slavyan Universitetinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, filologiya elmləri doktoru, professor

Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsinin dekanı, tarix elmləri namizədi, dosent

Təşkilat komitəsinin məsul katibi



İÇİNDƏKİLƏR





Abdullayeva Nailə

Qlobalizm və milli-mənəvi dəyərlərimiz .........






Abdullayeva Sənubər


Azərbaycan dilinin beynəlxalq standartlara

uyğun öyrədilməsinə dair .................................






Abışova Sevinc


Стилевой пласт текста Андрея Платонова и его презентация в переводе на азербайджанский язык ...................................






Акперова Айгюн

Проблема безопасности

в контексте глобализации ..............................






Ахмедова Севда


Азербайджан в период становления национальной государственности

(май – июнь 1918 года) ..................................






Ağazadə Yədulla


Ümumtürk ədəbiyyatinda

XIX əsr Azərbaycan satirik şeiri ......................






Bağırova Sevinc

Rus romantizmində Azərbaycan mövzusu .......






Baxşəliyeva Gözəl


Kitab çapi Mir Möhsün Nəvvabin fəaliyyətində mühüm bir sahə kimi ................






Cəbrazyılzadə Sevinc

Tematik axtariş kataloqlarindan

və axtariş maşinlarindan istifadə ......................






Cəfərova Nabat

İbtidai siniflərdə morfologiyanin tədrisinin linqvistik əsaslari...............................................






Джафов Телман


Евразийство и азербайджанство:

точки соприкосновения

и перспективы сближения .............................






Eyyubov Ramazan, Abulova Sevda, Abbasova Mahirə
^ Riyazi model və onun təlim texnologiyasinda tətbiqi ...........................................................................





Əliyeva Dürdanə

Müasir gənclərin nitq davranışları ...................





Əliyeva Elnaz


Azərbaycan və ingilis dili tapmacalarinda Səstəqlidi sözlər haqqinda…………………….




^ Əmircanova Qənirə
Interaktiv təlim metodlarının

pedaqoji mahiyyəti ...........................................






Hacıyev İsmayıl


Heydər Əliyev və

Azərbaycan tarixi məsələləri ............................






Hacıyeva Şəfəq

F.Əmirov “Nəsimi dastanı”

baletinin dramaturji xüsusiyyətləri ...................






Hacızadə Aftab

It is / was he who tipli konstruksiyalar və onların Azərbascan dilində qarşılığı ................






Hümmətova Sevil


Müasir Azərbaycan dilində rus dilindən alinma sözlərin linqvistik xüsusiyyətləri ..........






Hüseynova Kifayət

Azerbaycanda - Elektron Imza Sertifikati.........






Xudiyeva Sevinc


Lermontov nəsrinin Azərbaycan dilinə tərcüməsinin bəzi məsələləri.............................

(“zəmanəmizin qəhrəmanı” romanının materialları əsasında) .......................................






İsgəndərova Nüşabə


Müasir uşaq poeziyasinda

vokativ və təqlidi sözlər ...................................






İsmayılova Əzizə

“Kitabi Dədə Qorqud” dastanındakı

sətiraltı mənaların rus

tərcümələrində saxlanması problemi ...............






Ибрагимова Джейла

Комическое как феномен осмысления бытия в философско- культурологическом аспекте






Gurbansoy Firudin

Immortal monument to Nizami Ganjavi

and seven beauties ……………………………






Гафарова Наргиз


Азербайджанское мышление

в русской поэии XIX века ............................






Гаджиев Аскер


Психологические Аспекты Обучения Русскому Языку Как Иностранному В Условиях It-Технологий………………..






Гашимов Эльчин


Языковое содержание и форма экстралингвистической информации с национально-культурологическими компонентами семантики ................................






Гашимов Э.А., Шабаев С.Ф.

Текст как учебно-языковая единица и его лингвокультурологический потенциал ........






Гулиева Ламия

Участие Азербайджана в

международном сотрудничестве государств в сфере культуры ........................






Гусейнов Фархад


Интересы европейского союза

в сфера образования в Азербайджане ..........






Куровская Анна


Специфика аббревиатур в современном английском языке (на примере юридических терминов-аббревиатур) ..........






Mehrəliyev Elçin

Çex ədəbiyyati Azərbaycan dilində .................






Məhərrəmli Baba


Azərbaycan dilinin kök morfemləri

türk dilləri kontekstində ...................................






Məlikova Zümrüd


Avropa ittifaqi və Azərbaycan:

əməkdaşlığın yeni mərhələsi ............................






Məmmədov Sadir


Azərbaycanda narkotiklərlə

mübarizənin strateji mahiyyəti .........................


















Məmmədova İlhamə

Detektiv janrda

Çingiz Abdullayevin uğurları ...........................






Məmmədova Natella

Mədəniyyətlərarasi ünsiyyətin tədrisi zamanı

Azərbaycan və ingilis dilləri əsasında

Bilinqvistik təhsil modellərinin qurulması .......






Mustafayev Tehran

Ən yeni nəsrimizdə Azərbaycan obrazı ...........







Мамедова Арзу

Исследование оркестрового письма как один из ракурсов изучения симфонического наследия

Азербайджаских композиторов ....................






Мамедханова Наида


Восприятие поэзии Мирза-Шафи Вазеха

поэтами некрасовской школы .............................






Мехтиев Афган


Профессиональная лексика

и ее связь с терминологией ..........................






Nəcəfov Etibar

Islam və modernləşmə problemi ......................






Novruzova Xumar

Azərbaycan təhsil sistemində

kompyuterli təlimin pedaqoji xüsusiyyətləri ....






Novruzova Nuridə

Qədim türk mətnlərinin

etnokulturoloji anlamı (ölümsüzlük kultu) ......






Наджафов Гусейн

Топонимика Южного Кавказа ......................






Новрузов Рафиг


К проблеме передачи поэтики

Мамеда Араза на русский язык ....................






Раджабли Адиль


К вопросу политико-правовой природы

и моральных Аспектов геноцида азербайджанского народа ..............................






Səmədli Ziya


Türkiyənin dövlət quruculuğunun

milli-ideoloji əsaslarina yeni baxiş ..................






Садыгзаде Майя

Основные тенденции современной

музыки в Азербайджане ................................






Şahbazova Z.Ə

Şəxs əvəzlikləri haqqinda..................................






Şahbazova Nüşabə


Professor Ə.Z Abdullayevin

sintaktik görüşləri ............................................






Tanrıverdiyeva Hüsniyyə

Bədii üslubda əvəzliklər....................................






Тагиева Эллада


Азербайджановедческий аспект

в методике обучения русскому

языку на базе концепта «спорт» ...................






Таирова Дурдана

К проблеме

национального в прозе Анара .......................






Шафиева Kамаля


Основа сюжета и идейная концепция балета «Любовь и смерть»

П.БюльБюль оглы ..........................................






Zeynalova Sevinc

Azərbaycan romantizmində milli-mental dəyərlərin inikasi problemi ..............................






Vahabova Sara

Elçinin dram dili haqqinda................................






Велиева Земфира


Мир, перевернутый вверх дном,

глазами автора и героя в романе

Сабир Азери «тупик»

(дискурсивный анализ) ..................................






Видадова Вюсала


Коранические мотивы в романе

Чингиза Гусейнова «не дать воде пролиться из опрокинутого кувшина» .........






Зейналова Шеля


Глагольные времена

азербайджанского языка на уровне сложного синтаксического целого ...............






Abdullayeva Nailə


^ QLOBALİZM VƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZ


Qloballaşma cəmiyyət həyatının bütün sahələrini, o cümlədən sosial-siyasi aspektini əhatə edən çoxsəpkili prosesdir. O milli sosial-iqtisadi qurumları vahid dünya iqtisadi və ictimai sistemi ilə qarşılıqlı surətdə bağlayan ümumdünya hadisəsidir.

Ramiz Mehdiyev


Qloballaşma və inteqrasiya prosesində milli-mənəvi dəyərlərimizi, mentallı­ğımızı müasir dünyanın ilk baxışda cəlbedici görünən hadisələrinə qurban vermək böyük yanlışlıqdır.

Qeyd edək ki, qloballaşma müasir dünyada baş verən dəyişikliklərin əsas mənbəyidir. Çox zaman qlobalizasiyaya ilk növbədə iqtisadiyyatla bağlı bir qüvvə kimi anlaşılsa da, o bütövlükdə dünyada gedən bütün sosial-siyasi prosesləri əhatə edir. Kapital, əmək, texnologiya və informasiyanın mobil qüvvələri siyasi və mədəni sərhədlərin üzərindən sürətlə hərəkət edirlər. Kommunikasiya və informasiya texnologiyasındakı dəyişikliklər siyasi hadisələrə böyük təsir göstərir.

Ümumiyyətlə, qloballaşmaya münasibət heç də birmənalı deyil. Bəziləri qloballaşmanı mənfi bir proses kimi dəyərləndirirlər, Qərbin iqtisadi və mədəni maraqlarının bütün dünya üzərində dominantlığı kimi səciyyələndirirlər və bu dominantlığın varlı və kasıb ölkələr, regionlar arasında bərabərsizliyin davam etdirilməsinə səbəb olduğunu bildirirlər.

Qloballaşmaya müsbət bir proses kimi baxanlar isə onu özü ilə dünya əhalisinə beynəlxalq əmək bölgüsünün və bazar iqtisadiyyatının nailiyyətlərindən yararlanmaq imkanı verən kapitalizmin dünyanın hər bir tərəfinə nüfuz etməsi kimi baxırlar.

İqtisadi, informasiya və telekommunikasiya texnologiyaları sahələrindəki qloballaşma prosesi elə bir həddə çatıb ki, artıq mütəxəssislər iqtisadi baxımdan vahid, bütövləşən dünya haqqında danışmağın mümkün olduğunu söyləyirlər.

Qeyd edək ki, XX əsrdə informasiya məkanında bütün dünya mədə­niyyətləri bir-birilərinə çox yaxınlaşmışlar. KİV-in insanları daha da yaxın­laş­dıraraq, dünyanın müxtəlif guşələrində yaşayan xalqların həyat tərzlərini, adət-ənənələrini, mədəni təcrübəsini, mənəvi həyatını hər kəsə təqdim edir və inteqrativ prosesləri sürətləndirir.

Qlobalizm və Qərb dəyərləri mədəniyyət sahəsinə güclü təsir göstərir. Qərb demokratiyası “siyasi plüralizmi” təbliğ etsə də, mədəni plüralizm ideyasını qəbul etmir və bəzən Qərb dəyərlərinə uyğun olmayan hər bir şey “keçmişin qalığı” kimi qiymətləndirilir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xarici ölkələrlə, dünya xalqları ilə sosial-iqtisadi, mədəni-mənəvi sahələrdə sıx əməkdaşlıq əlaqələri yaradır. Bu şəraitdə xalqımız mütərəqqi ümumbəşəri mənəvi dəyərləri mənimsəyir və onlardan istifadə edərək zənginləşir. Bu da çox təbiidir. Çünki xalqlar və onların mədəniyyətləri arasında çin səddi çəkmək olmaz, bu heç mümkün də deyil. Xalqlar həmişə bir-birindən öyrənir, bəhrələnir və bir-birinin hesabına öz mədəniyyətlərini zənginləşdirir.

Lakin bununla yanaşı hər bir xalq öz milli-mənəvi dəyərlərini, adət-ənənələrini qoruyub saxlamağa da çalışır. Çünki onlar həmin xalqı digər xalqlardan fərqləndirən, onun milli mənliyini təmin edən mühüm cəhətlərdir. Xalqların öz tarixi kökünə, milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir.

Qeyd etmək istərdik ki, XX əsrin sonu XXI əsrin əvvəllərində Azərbaycan etnik-milli cəhətdən türk təfəkkürü, dini baxımdan isə islam mənəviyyatı və düşüncə tərzi ilə səciyyələnir. Yəni yaşadığımız bu dövrdə xalqımızın mentaliteti azərbaycançılığın, türkçülüyün və islamçılığın sintezi, vəhdəti şəraitində formalaşmışdır. Lakin bu prosesə digər amillər də təsir edir. Burada Qərb amilini xüsusi qeyd etmək lazımdır.

Belə ki, müasir dövrdə cəmiyyətdə birmənalı dəyərləndirilməyən məsələlərdən biri də Qərb dövlətlərinin dünya miqyasında gerçəkləşdirməyə çalışdıqları qlobalizm siyasəti fonunda, Qərb dəyərlərinin ölkəmizə intensiv nüfuzu, milli-mənəvi dəyərlərimizin inkişafına təsiridir. Dünya siyasətinin əsas istiqamətini təşkil edən qloballaşma, Qərb mədəniyyətinin dünyanın bütün ölkələrinə, o cümlədən Azərbaycana intensiv olaraq nüfuz etməsilə müşayət olunur.

Dünya xalqlarının milli-mənəvi mədəniyyətinin, özünəməxsusluğu­nun qorunub saxlanılmasını əngəlləyən, bu mədəniyyətlərin Qərb mədəniyyətində əriməsi ilə nəticələnən və bu məqsədə xidmət edən qlobalizm siyasətinin xalqımızın əsrlər boyu yaratdığı və nəsildən-nəsilə ötürərək inkişaf etdirdiyi mənəvi mədəniyyətimizə, onun gələcək inkişafına göstərdiyi güclü təsir danılmaz faktdır. Şübhəsiz, bu təsiri birmənalı dəyərləndirmək olmaz. Bu proses çox vektorlu, müxtəlif istiqamətlidir.

Bir tərəfdən, elm və texnikanın yeni nailiyyətləri, demokratiya, plüralizm, söz və mətbuat azadlığı, insan hüquqlarının qorunması, yeni iqtisadi münasibətlər və s. bu kimi Qərb ideya və dəyərlərinin ölkəmizə nüfuz etməsi, müasir dövrdə mənəvi mədəniyyətimizin inkişafına müsbət təsir göstərir.

Digər tərəfdən isə insanların və xüsusilə gənc nəslin zövqünü, mənəviyyatını korlayan, kommunikasiya vasitələrinin, xüsusilə internet, televiziya kanalları, xarici kinofilmlər və ədəbiyyatlar vasitəsilə ölkəmizdə geniş yayılan Qərbin mənəvi-əxlaqi dəyərləri mənəvi dünyamıza sirayət edir, milli-mənəvi mədəniyyətimizin inkişafına mənfi təsir göstərir.

Doğrudur, mənəvi aləmi zəngin, kamil olan insanlar Qərbin bu mənəvi-əxlaqi dəyər və prinsipləri ilə tanış olarkən, əvvəlcə onları beyinlərinin süzgəcindən keçirir, onları öz əxlaqına, mənəviyyatına uyğun olaraq dəyərləndirir və istifadə edirlər, mənfi məzmunlu, nöqsanlı mənəvi-əxlaqi dəyərlərdən isə imtina edir, onlardan qorunmağa çalışırlar. Lakin, bütövlükdə insanların əksəriyyəti, xüsusilə gənc nəsil, bunu bacarmır və Qərbin mənəvi-əxlaqi dəyərlərinin, qayda və prinsiplərinin, düşüncə tərzinin təsiri altına düşür.

Qeyd edək ki, dünyanın bütün böyük xalqları, maddi sərvətlərlə yanaşı mənəvi sərvətlərlə də öz varlıqlarını sürdürür, davam etdirirlər. Bu sərvətlərdən məhrum olan cəmiyyətlərin yaşaması, öz varlıqlarını davam etdirməsi mümkün deyil. Milli mədəniyyətindən uzaq düşən, mənəvi dəyərlərini unudan bir xalqın gələcəyi böyük şübhə doğurur. Çünki tarixi şüuru olmayan fərd və ya cəmiyyət, müxtəlif mədəniyyətlər və sivilizasiyalar burulğanında məhv olmağa məhkumdur.

Mənəvi dəyərlər hər bir cəmiyyətin mədəni əsasıdır. Onun yoxluğu ilə cəmiyyətin daxili tarazlığı pozulur, dünyada qüvvətli olan bir mədəniyyət içərisində əriyib yox olması təhlükəsi yaranır.

Bu gün, əsrlər boyu formalaşdırılmış milli-mənəvi dəyərlərimizin müxtəlif təsirlərə məruz qaldığı bir dövrdə, mənəvi mədəniyyətimizin gələcək inkişaf yollarını müəyyənləşdirməyə böyük ehtiyac vardır. Bir tərəfdən xalqımızın tarixən bağlı olduğu islam dəyərlərinin hələ də davam edən təsiri, digər tərəfdən cəmiyyətdə geniş yayılan Qərb mədəniyyətinə heyranlıq, mənəvi mədəniyyətimizin gələcək inkişafını təmin edəcək daha uğurlu bir yolun seçilməsi zərurətini yaradır.

Bu gün bəşəriyyətin əldə etdiyi ictimai təcrübə və yüksək intellektual səviyyədən din, əxlaq və digər mənəvi dəyərlər sisteminə yenidən baxılmasına və insanların həyatında onların rolunun yenidən dəyərləndirilməsinə böyük ehtiyac yaranmışdır.

Mənəvi dəyərlər deyildikdə, əsasən əxlaqi dəyərlər nəzərdə tutulur. Düzdür, əxlaqi dəyərlər mənəvi dəyərlərin mühüm tərkib hissəsidir, lakin bildiyimiz kimi mənəvi dəyərlər daha geniş anlayışdır. Bu anlayışa cəmiyyətin mənəvi həyatının əsasını təşkil edən bütün dəyərlər sistemi daxildir.

Mənəvi mədəniyyət cəmiyyətin mənəvi sərvətlərinin yaradılması və onlardan istifadə olunması prosesidir. Ona bütövlükdə mənəvi yaradıcılıqdan ibarət olan dialektik bir proses kimi baxılmalıdır. Mənəvi mədəniyyətə insanın mənəvi fəaliyyətinin nəticələri olan elm, fəlsəfə, ədəbiyyat, incəsənət, din, əxlaq, siyasət, hüquq və s. cəmiyyətin intellektual və mənəvi inkişaf sahələri aiddir.

Bir çox alimlər haqlı olaraq mədəniyyət anlayışını əsasən mənəvi həyat sahələrinə aid edirlər, onu insanların ruhani aləmində axtarırlar. Bu təbiidir, çünki hər bir xalqın mövcudluğu onun mənəvi mədəniyyəti ilə qırılmaz surətdə bağlıdır.

Mədəniyyət deyərkən insan fəaliyyətinin bütün sahələri, əldə etdiyi nəticələri və yaratdığı sərvətlərin ümumi toplusu nəzərdə tutulur. O, çox mürəkkəb ictimai hadisədir. Mədəniyyət bəşəriyyətin tarixən topladığı maddi və mənəvi sərvətlərin məcmusu, habelə bu sərvətlərin yaradılması, onlardan istifadə edilməsi və gələcək nəsillərə çatdırılması yollarından ibarətdir. Mədəniyyətin inkişafı milli-mənəvi irsin ən yaxşı cəhətlərinin mənimsənilməsi yolu ilə mümkündür.

Mənəvi dəyərlər, onların inkişaf dialektikası ictimai münasibətlərlə, eləcə də ictimai quruluşun xarakteri ilə sıx bağlı olub bəşəri inkişafın strukturunda özünəməxsus yer tutur. Mənəvi dəyərlərin ümumi sistemində hər bir ictimai quruluşun səciyyəvi xüsusiyyətləri, insanların düşüncə və davranış tərzləri bir küll halında öz əksini tapır.

Odur ki, onların məzmununu təhlil edərkən, məsələyə bilavasitə ictimai münasibətlərlə qırılmaz əlaqədə yanaşmaq lazımdır. Burada varislik məqamını unutmaq olmaz, çünki milli-mənəvi dəyərlər zamanın sınaqlarından keçərək, xalqın və millətin formalaşmasında mühüm rol oynayır, hər bir xalqın, millətin, şəxsin kimliyini ortaya çıxarır. Hər bir xalqın milli-mənəvi dəyərləri tarixən formalaşaraq həmin xalqın milli varlığının əsasını təşkil edir.

Belə ki, mənəvi dəyərlər tarixi inkişaf prosesində ayrı-ayrı nəsillərin, dövrlərin məntiqi əlaqəsini yaradır, tarixi yaddaşın bölünməzliyini, bütövlüyünü və beləliklə də onun güclü tərbiyəvi əhəmiyyətini təmin edir. Mənəvi dəyərlər insanın intellektual fəaliyyətinin bəhrəsi kimi özündə fərdin mənəvi tələbatının ödənilməsi üçün yararlı olan, onun intellektual yüksəlişinə və əxlaqi kamilliyinə xidmət edən, müəyyən qaydalar və normalar çərçivəsində mövcud olan kompleks dəyərləri özündə birləşdirir. Bu dəyərlər insan həyatının, fəaliyyətinin bütün sahələrini əhatə edir, əxlaqi və mənəvi keyfiyyətlərin özünəməxsus meyarına çevrilir.

Qeyd edək ki, dünyada gedən qloballaşma prosesi mənəvi dəyərlər problemini qabardır, azad cəmiyyət quruculuğu məsələlərinin sosial-mənəvi tərəflərinin elmi-fəlsəfi təhlili zərurətini yaradır.

Qərb mədəniyyətinin dünyaya açılışı nəticəsində həm bu mədəniyyətin daxilində, həm də onun yayılma dalğalarının zərbələri altında qalan cəmiyyətlərdə «dəyərlər sarsıntısı»nı yaratmış, həmçinin universallıqla lokallığın konfliktini doğurmuşdur. Bu konfliktin ifadə etdiyi ziddiyyətlər isə mənəviyyatda müasirlik və ənənəvilik, bəşərilik və millilik və s. bu kimi problemləri əhatə edir. Nəticədə, bəşəriyyətdə həm dəyərlərin mübarizəsi, həm də onların dialoqu özünü göstərir.

Bu cür konfliktləri tədqiq edən Azərbaycan fəlsəfi fikri üçün milli-mədəni və mənəvi sistemlərə, mədəniyyətlərə xas olan universallığın öyrənilməsi çox əhəmiyyətlidir.

Ümumiyyətlə, mədəni irs və müasirləşmə mövzusu XIX əsrin əvvəllərindən etibarən mənəvi həyatımızda daima gündəmdə duran bir mövzudur və müxtəlif təsir ünsürlərini özündə ehtiva edir.

Azərbaycanın görkəmli şəxsiyyətləri, mütəfəkkir və ədibləri – A.A.Bakıxanov, M.Ş.Vazeh, S.Ə.Şirvani, H.B.Zərdabi, M.F.Axundov hələ XIX əsrdə Qərb mədəniyyətini, onun inkişaf səviyyəsini yüksək qiymətləndirmiş, onu milli mədəniyyətimizin tərəqqisi üçün meyar saymışlar.

Bu təmayül XX əsrin əvvəllərində də davam etmiş və güclənmişdir. Azərbaycan romantikləri – M.Hadi, A.Səhhət, H.Cavid, Ə.B.Hüseynzadə və başqaları əsərlərində Qərb mədəniyyətini təbliğ etmiş, xalqı bu mədəniyyətin nailiyyətlərindən istifadə etməyə çağırmışlar. Lakin onlar Qərb mədəniyyətini, onun nailiyyətlərini yüksək qiymətləndirməklə bərabər ona seçimli yanaşmağı, ondan düşünülmüş istifadə etməyi məsləhət görmüşlər.

Bu gün də cəmiyyətimizdə keçmişdə olduğu kimi, Avropa və bütövlükdə Qərb mədəniyyəti, onun dəyərlər sistemi milli-mədəni tərəqqinin meyarı sayılır, hətta cəmiyyətdə Avropa mədəniyyəti qarşısında alüdəçilik meyllərinin artması müşahidə edilir. Buna baxmayaraq bu gün də ölkəmizdə Qərb mədəniyyətinə, dəyərlərinə münasibət birmənalı deyil.

Bir tərəfdən xalqın müəyyən hissəsi Qərb mədəniyyətini, onun dəyərlər sistemini mədəni tərəqqinin meyarı sayır, islami dəyərləri özündə əxz edən milli adət-ənənələrimizə tənqidi yaraşır, bütövlükdə onlardan uzaqlaşır, Qərbin mədəni dəyərlərinə üstünlük verərək, davranışlarında, geyimlərində, bir sözlə həyatın bütün sahələrində Avropa sayağı həyat tərzini təqlid edir və bununla müasir mədəni səviyyəyə yüksəldiklərini düşünürlər.

Digər tərəfdən isə cəmiyyətimizdə bu müasirləşmə cəhdlərinə reaksiya olaraq, əks təmayül, xalqımızın qədim və zəngin mədəniyyəti ilə öyünüb, tariximizə, keçmiş mədəniyyətimizə, dini-əxlaqi dəyərlərimizə sığınma təmayülü güclənir.

Belə bir şəraitdə cəmiyyət qarşısında seçim etmək, mədəni yüksəlişin, müasirləşmənin optimal yolunu müəyyən etmək zərurəti durur: ya mənəvi dəyərlərimizi ehtiva edən milli mədəniyyətimiz, ya da Qərbin mədəni dəyərlərinə üstünlük verən müasir mədəniyyət.

Lakin həqiqət budur ki, milli mədəniyyətsiz müasir mədəniyyət ola bilməz, müasir inkişaf olmadan da milli mədəniyyət öz varlığını davam etdirə bilməz. Fikrimizcə, milli mədəni tərəqqiyə bu iki görüş arasında barışdırıcı mövqe tutmaqla, yəni milli-mənəvi dəyərlərlə Qərb mədəniyyəti və dəyərləri arasında sintezi, barışığı təmin etməklə nail olmaq mümkündür.

Unutmaq olmaz ki, hər bir millilikdə ümumbəşərilik, ümumbəşərilikdə isə millilik vardır.


РЕЗЮМЕ

В статье исследуется проблема влияния ислама на формирование национально-духовных ценностей азербайджанского народа. Сделана попытка раскрыть постановку проблемы и проанализировать ее эволюцию в контексте сложных социально-культурных процессов.


SUMMARY

In the article written in historic-philosophical aspect, the problem of influence of Islam on the formation of national-cultural values of the Azerbaijan people is investigated. The attempt to open statement of the problem and to assay its evolution in a context of difficult sociocultural processes is presented.


Abdullayeva Sənubər


^ AZƏRBAYCAN DİLİNİN BEYNƏLXALQ STANDARTLARA

UYĞUN ÖYRƏDİLMƏSİNƏ DAİR


Bakı Slavyan Universiteti dünyanın bir çox ölkələrinin qabaqcıl universitetləri ilə əlaqələr qurmuşdur. Bu əlaqələr arasında Rusiya universitetləri xüsusi yer tutur. Moskva Dövlət Linqvistik Univesiteti ilə Bakı Slavyan Universiteti arasında olan əlaqələr günü-gündən möhkəmlənir, universitetlərarası imzalanmış müqavilələrə əsasən birgə layihələr həyata keçirilir. Bu layihələrdən biri də Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Əməkdar Elm xadimi, prof. Kamal Abdullayevin təşəbbüsü ilə Moskva Dövlət Linqvistik Univesitetində Azərbaycan dili ixtisasının açılmasıdır. Bu ixtisasın açılması «Praktik Azərbaycan dili» dərsliyinin yazılması zərurətini yaratdı.

Dərslik Avropa Şurası tərəfindən qəbul olunmuş metodik göstərişlərə uyğun tərtib olunmuşdur ki, bu da onun yüksək səviyyədə yazılacağına təminat verirdi. Bu layihənin diqqət çəkilən məqamı odur ki, Azərbaycan dili xarici dil kimi öyrədilməli idi. Bu da, əlbəttə, Azərbaycanın dünyada nüfuzunun artması ilə də sıx bağlıdır.

Struktur-semantik cəhətdən bu dərslik ənənəvi təlim vasitəsi kimi ümümtəhsil standart və proqramlarına uyğun olaraq tədris materialının sistemli şəkildə izahı ilə xarakterizə olunur. Təqdim olunan bu dərslik vasitəsilə həm tədris prosesi təşkil edilir, həm dərsin mənimsənilməsi təmin edilir, həm də tələbədə şəxsi sosial təcrübə əldə etmək qabiliyyəti, ətraf mühitdə baş verən hadisələri qiymətləndirmək, cəmiyyətdə öz yerini tapmaq bacarığını formalaşdırır.

Dərslik həmçinin şəxsiyyəti inkişaf etdirmə və tərbiyə etmə funksiyası daşıyır. Xüsusən də o, təlim alanın təxəyyülünün, düşüncəsinin, yaddaşının inkişafına təsir göstərməli və onun mənəvi tərbiyəsini həyata keçirməlidir.

Səriştəli innovasion yanaşma xarici dillərin tədrisi və öyrədilməsi prosesində obyektiv ölçüyə gələn və kommunikasiya bacarığının formalaşma səviyyəsi şkalasına uyğunluq nəzərdə tutulur. Bu səviyyə şkalasına görə dil 3 səviyyədə - A, B, C səviyyələrində öyrədilir. Bu cəhətdən dərslik, yuxarıda qeyd olunduğu kimi, mühüm əhəmiyyət daşıyır, belə ki:

- istifadə olunan tədris materialları kompleksində daha sabit komponentdir;

- xarici dilin öyrənilməsi və tədrisində bütöv müəllif konsepsiyasını əks etdirir;

- bu dərslik təhsil alan müəyyən kontingent üçün seçilmiş autentik mətn və oxu bacarığının inkişafına yönəldilmiş tapşırıqları olan qiraət kitabı, yəni müntəxəbatla müşayiət olunur.

Dərslik modul quruluşuna malikdir. Burada modul dedikdə, təlimin qoyduğu məqsəd və tapşırıqlara görə Azərbaycaq dilinin praktik kursunun müəyyən məntiqi bitkinliyə malik olan bir bölməsi nəzərdə tutulur.

Hər bir modula ünsiyyətin bir mövzusu/situasiyası ilə birləşən bir neçə dərs daxildir.

Hər bir modulun əvvəlində biliklər – vərdişlər – bacarıq xətti üzrə onun məqsəd və məzmunu müəyyənləşdirilir; burada biliklər və vərdişlər fənnin bölmələrinə (fonetika, qrammatika, leksika, üslubiyyat) görə fərqli, ancaq bacarıq hissəsi nitq fəaliyyətinin bütün növləri (dinləmə, danışıq, oxuma, yazma) üzrə verilmişdir. Ayrı-ayrılıqda «təlim bacarığı» və bunun verilmiş modul çərçivəsində formalaşma dərəcəsi təsvir edilir. Bura dili ünsiyyət vasitəsi kimi inkişaf etdirmək üçün sorğu kitabları, xüsusi lüğətlər, fonolaboratoriya, kompyuter proqramları və s. ilə müstəqil işləmək, öz nailiyyətlərini düzgün qiymətləndirmək bacarığı daxildir.

Modulun quruluşu və məzmunu onun konkret məqsəd və vəzifələrindən asılıdır. Müəlliflər dərsliyin bütün modullarını və onları təşkil edən dərsləri dəqiq və vahid formada tərtib etməyə çalışmışlar.

Bu dərslik 16 moduldan ibarətdir. Bu modullardan hər birinin yerinə yetirilməsi üçün saatların miqdarı tədris planı ilə müəyyənləşdirilir.

Birinci modul bir semestr üçün nəzərdə tutulmuşdur, kompleks şəkildə giriş kursundan ibarətdir, sonrakı modullar əsas kursu təşkil edir.

Təlimin başlanğıc mərhələsində (giriş modulu) bütün qaydalar və onların izahları rus dilində, eyni zamanda, azərbaycanca sətiraltı tərcümə ilə verilir.

Hər bir dərs məhsuldar lüğət siyahısı ilə müşayiət olunur; burada bütün yeni sözlərin mənaları və işlədilmə xüsusiyyətləri verilir.

Dərsliyin sonunda rus dilində qısa qrammatik material verilmişdir; burada proqramda nəzərdə tutulmuş fonetik, leksik və qrammatik mövzularının məniməsnilməsi üçün zəruri olan məlumat, həmçinin sözlərin məhsuldar lüğət siyahısı verilmişdir. Skriptrlər Müəllimlər üçün kitabda verilmişdir.

Dilin müxtəlif aspektləri üzərində iş aşağıdakı kimi xarakterizə edilir:

a) kompleksliliklə – bir tərəfdən, ünsiyyətin müxtəlif vasitələrinə – fonetik, qrammatik və leksik normalara eyni zamanda yiyələnmək nəzərdə tutulur; digər tərəfdən, şifahi və yazılı ünsiyyət bacarığı formalaşdırılması həyata keçirirlir.

b) polifunksionallıqla - xarici dil həm təlimin məqsədi, həm də müxtəlif bilik səhələrində məlumat əldə etmək vasitəsi kimi nəzərdən keçirilir.

Son məqsədi mütəxəssisin mədəniyyətlərarası kommunikasiya bacarığının inkişafı olan dərsliyin hazırlanmasında aşağıdakılar innovasiondur:

- nitq qabiliyyətinin formalaşdırılmasında dil materialını mənimsəməklə tələffüzdə aksentin aradan qaldırılması;

- tədris materiallarının sosialinqvistik və sosiamədəni məzmununun nəzərə alınması;

- kommunikativ situasiyanı şəkillərlə əks etdirən oxu materiallarının olması;

- real ünsiyyətə həvəsləndirən çalışma və tapşırıqların üstünlük təşkil etməsi;

- xarici dildə şifahi və yazılı nitqin imkanlarını mənimsəyərkən təhsil alanların ana dilindəki nitq və linqvomədəni təcrübəsindən istifadə etmək;

- müxtəlif mədəniyyətlərdə dəyərlər haqqında təsəvvürləri təhlil və dərk etməyi tələb edən tapşırıqlara meyl edilməsi.

Dərsliyin hazırlanması zamanı əsasən onun kommunikativ yönümü üstün tutulmuşdur, xüsusən:

- autentik mətnlərin üstünlüyü;

- dil öyrənənlərə xüsusi maraq oyadan mətnlərin problematikasının rəngarəngliyi;

- şifahi və yazılı kommunikasiyaya alışdırmaq üçün mətnlərdən istifadə edilərkən balansın gözlənilməsi;

- dərsliyin tərtibatında qrafikadan istifadə edilməsi;

- ölkəşünaslıqla bağlı informasiyasının yüksək səviyyədə şərh edilməsi və onun təlim alanlar üçün anlaşıqlı olması;

- dərslikdə geniş şəkildə təqdim olunmuş mədəniyyətlərarası ünsiyyət situasiya­larından istifadə etməklə tələbələrin maraq dairələrinin genişləndirilməsinə meyl;

- dərslikdəki tapşırıq və çalışmaların kommunikativ yönümünün yüksək səviyyəsi; bu da özünü, hər şeydən əvvəl, məşq çalışmalarına nisbətən kommunikasiya yönümlü çalışmaların çoxluğunda, mahiyyət etibarilə fonetik, qrammatik və leksik vərdişlərin formalaşdırılması zamanı kommunikativ yönümə əməl edilmədə göstərir.

Azərbaycan dili dərsliyinin yaradılması zamanı verilmiş ünsiyyət situasiyalarının rəngarəngliyinə (rəsmi/qeyri-rəsmi ünsiyyət normaları çərçivəsində), nitq fəaliyyətinin reseptiv və məhsuldar dil vahidlərinin fəaliyyət spesifikasının nəzərə alınmasına, xüsusən də təhsil alanların kreativ bacarıqlarına təkan verən spesifik problem tapşırıqların yaradılmasına xüsusi diqqət yetirilmişdir.

Dərsliyin tələbədə müstəqillik yaratma və formalaşdırma meyli özünü aşağıda­kılarda göstərir:

- dərsliyin məqsəd və məzmununun tələbə və müəllimlər üçün şərhlərlə müşayiət edilməsi;

-tələbələrin ölkəşünaslıqla bağlı informasiyalarının seçilmə və sistemləşdirilməsini nəzərdə tutan tapşırıqların olması;

- tələbələrin fərdi və şəxsiyyət özünəməxsusluğunu, onların maraq və tələbatlarını nəzərə alan tapşırıqların daxil edilməsi;

- tələbələrin konkret dərs tapşırıqlarını həll etmək üçün zəruri olan, onların hərəkətlərinin ardıcıllığını müəyyənləşdirən tapşırıqların olması;

- tələbələrin əldə etdikləri nəticələri qiymətləndirməyi nəzərdə tutan tapşırıqların olması.

Xüsusi «qiymətləndirmə cədvəli» mövcuddur. Özünüqiymətləndirmə üçün yoxlama aparılır. Müxtəlif ünsiyyət situasiyalarında (dinləmə, danışma, oxu və yazı) əsas kommunikativ bacarıq formalaşdırılması səviyyəsini müstəqil qiymətləndirmək üçün XD bilik səviyyəsinə müvafiq parametr-deskriptorlar daxil edilir ki, bu aşağıdakı meyarlarla edilir:

- «Mən bunu asanlıqla edə bilirəm.»

- «Mən bunu edə bilirəm, ancaq çətinlik çəkirəm.»

-«Bu mənim məqsədimdir».

Refleksiv özünüqiymətləndirmə üçün tapşırıqlar, bir qayda olaraq, bu terminlərlə ifadə olunur : «Mən bacarıram…», «Mənə …lazımdır», «Ünsiyyət prosesində mənim çə­tin­liklərim / problemlərim ….. ilə bağlıdır» və s. Məsələn: Mən əlifbanı bilirəm: a) b) c)

Bu qrafalar o deməkdir ki:

a) Mən əlifbanı yaxşı bilirəm;

b) əlifbanı dəqiq bilmirəm, ancaq çap formalı mətndə hərflərin çoxunu tanıyıram;

c) hələ ki əlifbanı pis bilirəm, ancaq onu öyrənmək mənim üçün çox önəmlidir, bu, mənim məqsədimdir.

^ Mənə müraciət olunan zaman tanış sözləri və çox sadə ifadələri başa düşürəm: a) b) c)

a) asanlıqla;

b) əgər mənim müsahibim asta-asta, aydın, fasilələrlə danışırsa;

c) pis, mən bunun üçün öz üzərimdə işləməliyəm və s.

Bu dərslik mədəniyyətlərin qarşılıqlı öyrənilməsi zəminində yazılmışdır. Belə hesab edirik ki, yeni layihə ilə yazılmış bu dərslik universitetlər arasında mövcud olan xoş, dostluq münasibətlərinin daha da artmasına yardım edəcək.


ƏDƏBİYYAT

Европейский языковой портфель (для филологов). Москва, 2005.

Методические рекомендации по созданию учебника по практическому курсу 1 иностранного языка для обучения языкам и культурам стран СНГ. Москва, 2008.



РЕЗЮМЕ

Учебник по практическому курсу азербайджанского языка ориентирован на подготовку бакалавров по направлению «Лингвистика и межкультурная коммуни­кация» и составлен согласно классификации, принятой Советом Европы. В основе учебника лежит современная инновационная методическая концепция. Проект позволяет представить культуру, экономику, древнюю историю азербайджанского народа.

Учебник имеет модульное построение, содержит 16 модулей. Каждый модуль имеет четкую рамочную структуру. Учебник включает в себя вводный курс (4 модуля), и основной курс (12 модулей). Целью учебника является достижение уровня А 2 по общеевропейским стандартам.


SUMMARY

The textbook on a practical course of the Azerbaijan language is focused on preparation of bachelors in a direction «Linguistics and intercultural communications» and made according to the classification accepted by the Council of Europe. At the heart of the textbook modern innovative methodical concept lies. The project allows to present culture, economy, ancient history of the Azerbaijan people.

The textbook has modular construction, contains 16 modules. Each module has accurate frame structure. The textbook includes an introduction course (4 modules), and a basic course (12 modules). The textbook purpose is achievement of level A 2 under the all European standards.


Abışova Sevinc


^ СТИЛЕВОЙ ПЛАСТ ТЕКСТА АНДРЕЯ ПЛАТОНОВА И ЕГО ПРЕЗЕНТАЦИЯ В ПЕРЕВОДЕ НА АЗЕРБАЙДЖАНСКИЙ ЯЗЫК


Одним из основных отличительных особенностей является своеобразие художественного текста Платонова, неповторимость синтаксической презентации. Именно этого Платонова невозможно перевести на азербайджанский язык. Речь не идёт о силе или слабости языка. Дело в том, что поднятый Платоновым художественно-эмоциональный пласт в русском языке ещё не пробудился в азербайджанском. Именно не пробудился! Потому что этот пласт в качестве «сырого материала» существует в азербайджанском языке, да, видимо, и в других языках тоже. Но более всего этот пласт должен быть пробуждён, лишь после этого, Платонов может быть перенесён туда.

Платонов ещё потому является гениальным творцом, что он своим синтаксисом фразы может смеяться, говорить. До него никто не мог заставить говорить русский синтаксис. Обычно говорит и говорит содержание фразы. Оказывается подлежащее и сказуемое предложения тоже могут говорить, смеяться... Можно ли всё это так же передать на азербайджанский язык?

Пусть говорят – платоновский пласт на соответствующем уровне ещё не раскрыт на азербайджанском языке…» (3, 50-52), - пишет Камал Абдулла в своей книге. В самом деле, в стартовавшем третьем тысячелетии изучение творческого наследия Платонова чрезвычайно важно и актуально как нестандартный эталон стилевой манеры письма. Прав К.М. Абдуллаев и те современные русские критики, которые анализируют стиль этого писателя как неповторимый источник, памятник ушедшей эпохи, но отзвуки, которой доносятся и до наших дней. Тонкий стилист, он сумел уловить, быть может, не столько осознанно с политической точки зрения, сколько интуитивно те проблемы, которые возможно было передать языком, глубоко отличным от своих прозаиков-современников.

Самые сокровенные философские идеи А.Платонов развивал в своих рассказах для детей, где через их взгляд на мир, через их жизненное пространство показывал детей как «спасителей вселенной». Несмотря на то, что они написаны на доступном для детского восприятия языке, все же и в них проявляется своеобразие стиля Платонова. Это с первого взгляда они кажутся незамысловатыми, а на самом деле через детскую сказку дается урок взрослым.

Рассмотрим рассказ А.Платонова «Свет жизни». Переводчик с первых же страниц воссоздания текста на азербайджанском языке пытается воздержать тональность повествования автора: «В глубине нашей памяти сохраняются и сновидения, и действительность; и спустя время уже нельзя бывает отличить, что явилось некогда вправду и что приснилось, - особенно если прошли долгие годы и воспоминание уходит в детство, в далекий свет первоначальной жизни. В этой памяти детства давно минувший мир существует неизменно и бессмертно... Росло дерево где-то на поляне, в окрестностях родины, освещенное июньским полуденным солнцем; свет неба лежал на траве, и от волнения зноя тень древесных листьев неслышно трепетала по травяной сияющей земле, словно видно было, как дышит солнечный свет» (2, с. 81). – “Həm yuxuya bənzəyən,həm də olan olan hadisələr uzun müddət yaddaşımızda qalır; zaman keçdikcə adam bunlardan hansının həqiqət və hansının yuxu olduğunu ayırmaqda çətinlik çəkir, aradan çox keçəndə xatirələrin bir ucu uşaqlığa, insan ömrünün ilk çağlarına gedib çıxanda bu iş daha çətin olur. Bu uşaqlıq xatirələrində keçmiş illər dəyişməz və canlı qalır... Yurdumuzun ətraf yerlərində hardasa bir talada göyə qalxan bir ağac, iyin ayının günörta günəşi ilə işıqlandırılır; gün işığına batıb bürkünün təsirindən yaşıl ağacların gövdəsi, otlar işıldayan torpağın üstündə titrəşir, sanki günəşin işığı nəfəs alır” [4, 13]. В оригинале сочинительный союз «и», указывающий на взаимоот­ноше­ния между однородными единицами («и сновидения и действительность»), не отделяются запятой. То же самое мы наблюдаем и в последующем повторе с изъяснительным союзом «что» («что явилось некогда вправду и что приснилось»). Переводчик соблюдает эти повторы, выраженные союзами, лишь отступив в первом случае прибавлением запятой (“həm yuxuya bənzəyən, həmdə olan hadisələr”; “hansının həqiqət və hansının yuxu olduğunu”).

Второе предложение, данное после многоточий, выделяется своим лиризмом и поэтическими деталями. Эта живописная картина богата образными мазками, полными светлых и ярких тонов – «освещенный», «солнце», «свет», «сияющий», «солнечный». Фонема «с» насыщает всю ритмико-фонетическую структуру текста, придает ему оттенок посвященной духовности. Переводчик передает аналогичную структуру посредством фонемы «э», –“günorta”, “günəş”, “gün”, – усиливая ее лексической единицей “işıq”. Да и предшествующий текст нацеливает внимание читателя на «свет первоначальной жизни», хотя и «далекий». Правда, переводчик обходит ее, сохраняя в целом содержание фразы и укрепив его, как мы уже отметили, ритмико-фонетическими вкраплениями.

Однако при удачном сохранении ключевых сочетаний – «в окрестностях родины – yurdumuzun ətraf yerində»; «otlar işıldayan torpağın üstündə titrəşır – тень древесных листьев неслышно трепетала по травяной сияющей земле»; «sanki günəşin işığınəfəs alır» - «словно видно было, как дышит солнечный свет» – переводчик упустил из виду образную деталь общей картины «свет неба лежал на траве» (göyün işığı otların üstündə uzanmışdı). Земля отражает свет неба и сама становится светлой. Ведь свет неба лежит, говоря мифическим языком, соединяется с землей, передает ей не только тепло, но и свет, который, таким образом, разливаясь, дышит. Но весь этот процесс происходит незаметно, исподволь, как бы сказал сам писатель – «нечаянно». Вот оно-то выражается фразой «тень... неслышно трепетала». На азербайджанском языке ее можно было бы передать словом «səssiz-səmirsiz». Здесь вспоминаются рассуждения исследователя В.А.Кухаренко: «Индивидуально-художественное значение слова, таким образом, является обобщением целого ряда контекстуальных актуализированных значимостей, реализация которых обусловлена идейно-тематическим и композиционным развитием произведения». [1, 33]

Приведем еще один, на наш взгляд, из удач переводчика. «Аким начал самостоятельно управлять по хозяйству, а женщина молча следила за мальчиком с тем опечаленным терпеливым смирением, которое походило на скромное, но нерушимое счастье» [2, 85] – «Akim evdə istədiyini götürdü, istədiyini qoydu, sərbəst oturub durmağa başladı, qadın isə adi, ancaq davamlı bir səadətə bənzəyən qəmli, səbirli, bir mütiliklə sakitcə oğlana göz qoyurdu» [4, 18]. Выделенные нами фразы являются наглядным примером верно подмеченного и переданного на азербайджанском языке такого сложного и противоречивого стиля Платонова.

ЛИТЕРАТУРA

Кухаренко В.А. Интерпретация текста. Учебное пособие для студентов

педагогических институтов по специальности № 2103 «Иностранные

языки». Л., Просвещение, 1978, с. 33.

Платонов А. Свежая вода из колодца. Рассказы. Повесть. Кемерово.

Кемеровское книжное издательство, 1984, 256с.

Abdulla Kamal. 300 azərbaycanlı (ədəbi-bədii esselər). Bakı, Mütərcim, 2007, s. 50-52.

Platotov A. Dörd hekayə: Nikita, Həyat işığı, Sərçənin səyahəti, Ulya. Tərcümə edən Ə.Salahzadə, redaktor Y.Məmmədov. Bakı, Gənclik, 1971, 51s.


XÜLASƏ

Məqalədə A.Platonovun Azərbaycan dilinə tərcümə kontekstində əsərlərinin üslub xüsusiyuyətlərinin verilməsi açıqlanır.


SUMMARY

The article deals with the style particularities of A.Platonov’s works in transfer context to Azerbaijani language.


Акперова Айгюн


^ ПРОБЛЕМА БЕЗОПАСНОСТИ В КОНТЕКСТЕ ГЛОБАЛИЗАЦИИ


Появление самого термина глобализация связывают со статьей Т.Левита, опубликованной в «Гарвард бизнес ревю» (Harvard Business review) в 1983 году, который обозначил им феномен слияния рынков отдельных продуктов, производимых крупными транснациональными корпорациями. Однако затем этот термин приобрел несколько иное звучание. Глобализация стала восприниматься как социальный процесс, в ходе которого стираются географические границы социальных и культурных систем, и население все более осознает исчезновение этих границ[1,590]. Нередко под глобализацией также понимают распространение западной модели развития на все остальные страны и культуры, что служит теоретическим обоснованием однополюсного (универсального) мирового порядка [2,24]. Отсюда попытки антиглобалистов бороться с глобализацией свелись к радикализму, терроризму. Как правило, антиглобалисты выступают против Америки, которую обвиняют в том, что она навязывает миру свои ценности, так называемый «Pax Americana», а НАТО воспринимается ими противником в том смысле, что проводит интересы США. Конечно, некоторые аргументы антиглобалистов требуют теоретического внимания.

К примеру, имеется доля истины в том, что основные выгоды от глобализации по рецептам Вашингтона получают сами американцы. Остальным же странам достается меньше. Они в основном получают прибыль за счет продукции обрабатывающей промышленности, хотя и получают за нее они сейчас больше, чем ранее [3, 543].

Однако антиглобалисты не хотят видеть, что принципы глобализации не сводятся к американской гегемонии, а могут стать принципами и других цивилизаций и культур. А вот угрозы радикализма и терроризма опасны для любой цивилизации, а не только для западной цивилизации. Поэтому качественно построенная система европейской безопасности нужна не только для НАТО и Европы, но и для всего мира, так как предполагает сокращение вмешательства США в дела Европы.

Одновременно, ослабление Европы перед угрозами антиглобалистов, будет означать усиление доминирования США в Европе. Этот момент беспокоит З. Бжезинского, который в своей книге «Еще один шанс» пишет, [4, 47] что политика бывшего президента США Дж.Буша привела к тому, что оказались «выброшенными на ветер», фактически, усилия восьми американских президентов. Центральным фронтом «холодной войны» была Европа. По сути, по мнению американского ученого, это была война за Европу, которую Америка выиграла.

Американская сторона следующим образом обосновывает смысл своего дальнейшего пребывания в Европе: хотя могущество России в обычных видах во­ору­жений практически исчезло, она остается (как минимум, еще несколько десятилетий будет оставаться) ядерной сверхдержавой - "латентной угрозой евро­пей­ской безопасности... Соединенные Штаты необходимы в качестве противовеса возможному восстановлению России под более агрессивным руководством, которое однажды сможет представить собой угрозу западным соседям [5].

Таким образом, первоочередной задачей нового президента, полагает Бжезинский, должно стать возвращение в Европу, другими словами, возрождение Атлантического сообщест
еще рефераты
Еще работы по разное